Gülər Əhmədovanın oğlu: "Sevdiyin qızdan kiçik bir zərbə aldıqda..."

Gülər Əhmədovanın oğlu: "Sevdiyin qızdan kiçik bir zərbə aldıqda..."

5 Aprel 2013 13:58
Bəyəndim (0) Bəyənmədim (0)

"Nə qədər problemlər olsa da, həyatımdan narazı deyiləm". Məlumata görə, bu fikirlər Milli Məclisin sabiq deputatı, hazırda həbsdə olan Gülər Əhmədovanın böyük oğlu Toğrul Əhmədova məxsusdur. Facebook sosial şəbəkəsində status yazan eks-deputatın oğlu üzləşdikləri problemlərdən, yaşadığı çətinliklərdən söz açıb.
T.Əhmədov ailəsinin üzləşdiyi problemlərin müvəqqəti olduğuna əmindir. "Həyatım çox maraqlıdır. Hər şey yanıb dağılır, problemlər, yenə problemlər... Şikayət eləmirəm. Hər şey normaldır. Bu problemləri də adlayacağıq. Problemlər müvəqqətidir".

T.Əhmədov statusunda həmçinin sevdiyi xanıma da mesaj göndərib: "Sevdiyin qızdan kiçik bir zərbə aldıqda bunu heç zərbə adlandırmaq olmaz. Məsələn, zəng etməyim, vəssalam... Elə bil ki, saatda 260 km yol gedən lokomotivlə toqquşmusan. Amma huşun yerindədir, heç ayağa da dura bilmirsən. Heç durmaq da istəmirsən. Amma həyat davam edir".
Xatırladaq ki, eks-millət vəkili Gülər Əhmədovanın oğlu Toğrul Əhmədov bir neçə gün öncə xidmət etdiyi "N" saylı hərbi hissədə ağır xəsarət alaraq, Dövlət Sərhəd Xidmətinin Bakıdakı hospitalına gətirilib. Atası Fikrət Əhmədov oğlunun hərbi hissədə digər əsgərlər tərəfindən döyüldüyünü bildirsə də, rəsmi açıqlamada qeyd edilir ki, Toğrul Əhmədov əsgərlərlə qol güləşinə çıxarkən qolunu sındırıb. Xatırladaq ki, Toğrul Əhmədov hərbi xidmətdən öncə Maliyyə Nazirliyindən çalışıb.

O.M.