Şimşək çaxacaq, yağış yağacaq

Şimşək çaxacaq, yağış yağacaq

5 Aprel 2013 12:59
Bəyəndim (0) Bəyənmədim (0)
Temperatur isə +25 dərəcə olacaq

Bakı və Abşeron yarımadasında aprelin 6-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və axşam bəzi yerlərdə duman olacaq. Mülayim şimal-şərq küləyi əsəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturunun gecə 6-10, gündüz 16-21, bəzi yerlərdə 25 dərəcəyədək isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında aprelin 6-da hava şəraitinin gün ərzində əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam ayrı-ayrı cənub rayonlarında şimşək çaxacağı, qısamüddətli az yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 7-12, gündüz 20-25, bəzi yerlərdə 27, dağlarda gecə 3-8, gündüz 12-17, bəzi yerlərdə 20 dərəcəyədək isti olacağı gözlənilir.

O.M.