Dənizin içində körpü tikilir

Dənizin içində körpü tikilir

5 Aprel 2013 11:21
Bəyəndim (0) Bəyənmədim (0)

Pirallahı rayonunu sahillə birləşdirən avtomobil yolunda yeni körpü tikilir. Bu barədə Nəqliyyat Nazirliyinin "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyib. Onun sözlərinə görə, 9 aşırımdan ibarət olacaq körpünün uzunluğu 421,4 metrdir. Giriş və çıxışlarla birlikdə isə körpünün uzunluğu 710 metrdir. Qabariti 14 metr olan körpü dəniz səviyyəsindən 11 metr hündürlükdə, dənizin içərisində yerləşəcək. Körpünün üzərindən avtomobillər, altından isə gəmilər sərbəst hərəkət edə biləcəklər. Körpünün tikilməsində məqsəd həmin avtomobil yolunun dəniz suyu ilə yuyulmasının qarşısını almaq, həmçinin ekoloji vəziyyəti yaxşılaşdırmaqdır.

O.M.