Balakəndə yanğın

Balakəndə yanğın

5 Aprel 2013 11:05
Bəyəndim (0) Bəyənmədim (0)

Bu barədə Fövqəladə Hallar Nazirliyinin Balakən Rayon Yanğından Mühafizə Hissəsindən məlumat verilib. Məlumatda bildirilir ki, yanğın rayonun Qazma kənd sakini Əzizova İntizar Şirin qızına məxsus, ümumi sahəsi 72 kv.m olan üçotaqlı kürsülü evdə qeydə alınıb. Hadisə yerinə FHN-in Balakən rayon YMH-nin canlı qüvvəsi və texnikası cəlb edilib. Baş vermiş yanğın nəticəsində evin tavan hissəsi yanaraq yararsız hala düşüb. Yanğınsöndürənlərin səyi nəticəsində evin və ev əşyalarının yanmasının qarşısı alınıb. Faktla bağlı FHN-in Balakən YMH-də araşdırma aparılır.

O.M.