Bu gün Biləcəri və Binəqədi qəsəbələri, həmçinin Xırdalan şəhəri susuz qalacaq

Bu gün Biləcəri və Binəqədi qəsəbələri, həmçinin Xırdalan şəhəri susuz qalacaq

5 Aprel 2013 11:04
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı şəhəri Binəqədi rayonunun Biləcəri qəsəbəsində elektrik paylayıcı şirkəti tərəfindən yüksək gərginlikli elektrik xətlərində təmir-bərpa işlərinin aparılması ilə əlaqədar ərazidə yerləşən 4 saylı kanalizasiya-nasos stansiyasına elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq. Bununla əlaqədar bu gün Biləcəri və Binəqədi qəsəbələrinə, eləcə də Abşeron rayonunun Xırdalan şəhərinin bəzi yerlərinə içməli su müəyyən fasilələrlə veriləcək. Bu barədə "Azərsu" ASC-nin mətbuat xidməti şöbəsindən məlumat verilib. Yaranacaq narahatlıqla əlaqədar "Azərsu" abunəçilərdən üzr istəyir.

O.M.