"SOCAR"ın prezidenti Rövnəq Abdullayev kanal açır

"SOCAR"ın prezidenti Rövnəq Abdullayev kanal açır

5 Aprel 2013 10:31
Bəyəndim (0) Bəyənmədim (0)

"SOCAR"ın prezidenti Rövnəq Abdullayev uzun müddətdir ki, çalışdığı televiziya layihəsini reallaşdırmağa başlayıb. Məlumata görə, artıq Rövnəq Abdullayevə televiziya açmaq üçün lisenziya verilib. Belə ki, bir neçə gün əvvəl Milli Televiziya və Radio Şurasının növbəti iclasında "Caspian İnternational Broadcasting Company" MMC-yə peyk vasitəsilə televiziya yayımı üçün 6 illik lisenziya verilib. Qeyd edək ki, bir müddət əvvəl "ATV international" kanalı ATV-nin tabeçiliyindən alınaraq "SOCAR"a verilmişdi. "Socar TV" adlanacaq yeni kanalın şirkət daxilində fəaliyyət göstərəcəyi nəzərdə tutulsa da, sonradan onun genişləndirilərək tam televiziya formatında işləməsi düşünülüb. Televiziyanın yaxın vaxtlarda fəaliyyə başlayacağı gözlənilir. Demək olar ki, yeni kanalın kollektivi də artıq formalaşmaq üzrədir.

O.M.