Minatəmizləmədə pilotsuz uçuş aparatlarından istifadə ediləcək

Minatəmizləmədə pilotsuz uçuş aparatlarından istifadə ediləcək

5 Aprel 2013 10:29
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanda həyata keçirilən minatəmizləmə əməliyyatlarında pilotsuz uçuş aparatlarından istifadə olunması planlaşdırılır. Bu barədə Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) direktoru Nazim İsmayılov məlumat verib.
N. İsmayılovun sözlərinə görə, pilotsuz uçuş aparatlarından (PUA) minalı sahələrin ərazi kəşfiyyatının aparılmasında istifadə olunur: "Ötən il ANAMA-nın Göygöl bazasında keçirilən təlimdə pilotsuz uçuş aparatının tətbiqi ilə ərazi kəşfiyyatının aparılması metodu sınaqdan keçirildi. Biz eyni zamanda Xorvatiyanın bu sahədə təcrübəsini öyrənmişik. Gələcəkdə bundan istifadə edəcəyik. Külli miqdarda minalarla çirklənmiş ərazilərdə kəşfiyyat aparmaq təhlükəlidir. Odur ki, pilotsuz uçuş aparatlarından istifadə məqsədəuyğundur".
ANAMA direktorunun sözlərinə görə, PUA-lardan çəkilmiş görüntülərdə torpağın strukturundakı dəyişikliklər görünür. Bunun əsasında ərazidə minaların olub-olmadığını müəyyənləşdirmək asanlaşır.

O.M.