20 yaşlı gənc idman kompleksinin hovuzunda can verdi

20 yaşlı gənc idman kompleksinin hovuzunda can verdi

5 Aprel 2013 10:24
Bəyəndim (0) Bəyənmədim (0)
Onun suda səhhəti pisləşib?

Aprelin 5-nə keçən gecə Bakı şəhərinin Xəzər rayonu ərazisində ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Rayon Polis İdarəsindən verilən məlumata görə, Şüvəlan qəsəbəsində yerləşən idman-sağlamlıq kompleksinin hovuzunda 1993-cü il təvəllüdlü Muradov Arif Elman oğlu boğulub. 20 yaşlı oğlan saat 23.00 radələrində hovuzda üzmək istəyərkən boğularaq ölüb. A.Muradovun suda səhhətinin pisləşməsi və ya digər səbəbdən ölməsi hələlik məlum deyil. Faktla əlaqədar araşdırmalar başlanılıb.

O.M.