43 yaşlı Şəki sakini özünü asdı

43 yaşlı Şəki sakini özünü asdı

5 Aprel 2013 09:51
Bəyəndim (0) Bəyənmədim (0)

43 yaşlı Şəki sakini intihar edib. Şəki Rayon-Şəhər Polis Şöbəsindən verilən məlumata görə, hadisə Şəki şəhəri M. F. Axundov prospekti 140 ünvanında qeydə alınıb.
Şəki şəhər sakini, 1970-ci il təvəllüdlü Ağayev Vahid Telman oğlu özünü yaşadığı evin həyətyanı sahəsində ağacdan asaraq intihar edib. V. Ağayevin hansı səbəbdən intihar etməsi məlum deyil. Faktla bağlı Şəki Rayon-Şəhər Prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.

O.M.