Təkər partladı, kontrol əldən çıxdı

Təkər partladı, kontrol əldən çıxdı

5 Aprel 2013 09:43
Bəyəndim (0) Bəyənmədim (0)

Bakının Yasamal rayonu ərazisində yol nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun Şərifzadə küçəsində - metronun "İnşaatçılar" stansiyasının yaxınlığında baş verib. Qəzada Əhlizadə Seymur Tahir oğlunun idarə etdiyi "Şkoda" markalı minik avtomobili ilə Mirsultan Mustafazadənin idarə etdiyi "Hyundai" markalı digər avtomaşın toqquşub. "Şkoda"nın sürücüsünün sözlərinə görə, qəzaya səbəb hərəkət zamanı avtomobilin təkərində baş vermiş nasazlıq olub. Təkərin partlaması ilə idarəetməni itirən sürücü avtomaşını eyni istiqamətdə hərəkət edən "Hyundai"a çırpıb. Baş vermiş yol qəzasını Yasamal rayon Dövlət Yol Polisi şöbəsinin əməkdaşları araşdırır.

O.M.