Sərxoş sürücü xəndəyə düşdü

Sərxoş sürücü xəndəyə düşdü

5 Aprel 2013 09:38
Bəyəndim (0) Bəyənmədim (0)

Gecə Bakının Yasamal rayonu ərazisində idarəetmədən çıxan minik avtomobili tikinti sahəsində qazılan xəndəyə düşüb. Belə ki, 23 yaşlı Bakı şəhər sakini Kajernikov Aleksandr Andreyiç idarə etdiyi "Hyundai" markalı minik avtomobili ilə Füzuli meydanından Təbriz Xəlil Rza oğlu küçəsi istiqamətində hərəkətdə olan zaman qəfildən idarəetməni itirib və avtomaşını adı çəkilən ərazidə qazılmış xəndəyə aşırıb. Dərin xəndəyə düşən avtomaşının deformasiyaya uğramasına baxmayaraq, sürücü və avtomobildəki sərnişin heç bir xəsarət almayıb.
Qeyd edək avtomaşının düşdüyü xəndək qış parkının salınması üçün nəzərdə tutulan əraziyə aiddir və həmin xəndəyin ətrafı taxta lövhələrlə əhatəyə alınsa da, zərbənin gücündən həmin lövhələr ətrafa dağılıb. Ərazidə müayinə aparan Yol Patrul Xidmətinin əməkdaşlarının sözlərinə görə, "Hyundai"ın sürücüsü və maşında olan xanım sərnişin içkili olublar. Faktla bağlı Bakı şəhər Dövlət Yol Polisi idarəsində araşdırmalar aparılır.

O.M.