Liviyadan Türkiyəyə sərt mesaj

Liviyadan Türkiyəyə sərt mesaj

4 May 2011 17:10
Bəyəndim (0) Bəyənmədim (0)


Liviyadan Türk hökumətinə sərt mesaj gəlib. Belə ki, Liviyanın xarici işlər nazirinin müavini Xalid Kaim baş nazir Ərdoğanın Liviya ilə bağlı açıqlama verməsindən sonra sərt danışıb. O, paytaxt Trablusda verdiyi bəyanatda Liviyanın daxili işlərinə qarışmağın Türkiyənin işi olmadığını, xalqın vəzifəsi olduğunu söyləyib. Xalid, "Əgər münaqişənin həllinə kömək etmək istəyirsinizsə, bir tərəfi digər tərəfə qarşı müdafiə etməməlisiniz", - deyib.


Qeyd edək ki, dünən mətbuat qarşısında çıxış edən Ərdoğan, "Liviya tarixində yeni dönəm başlamışdır. Bu məsələdə artıq söz tükənmişdir. Bu anda tək çıxış yolu Qəddafinin dərhal hakimiyyətdən getməsidir. O, üzərinə düşən tarixi vəzifəni dərhal yerinə yetirməlidir", - deyib.


İndi liviyalılardan başqa hamı onların taleyini həll edir...

Hafiz Əhmədov

O.M.