Fatmaidə yanğın

Fatmaidə yanğın

4 Aprel 2013 15:38
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Abşeron rayonu, Fatmai qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan 5 otaq və aynabənddən ibarət evin 4 otağının yanar konstruksiyaları və ev əşyaları 64 kv. m sahədə yanıb. Oxumeni.az-ın FHN-nin saytına istinadən xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Daha bir yanğın hadısəsi isə Ucar şəhərində baş verib. Beləki, həmin ünvanda vətəndaşa məxsus ümumi sahəsi 192 kv.m olan birmərtəbəli altıotaqlı evin dam örtüyü 3 kv.m sahə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Hər iki yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

O.M.