Yaxın üç gün ərzində havadan nə gözləyək?

Yaxın üç gün ərzində havadan nə gözləyək?

4 Aprel 2013 15:29
Bəyəndim (0) Bəyənmədim (0)
+25

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturunun gecə 6-10, gündüz 15-20, bəzi yerlərdə 23 dərəcəyədək isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında da sabah hava şəraitinin gün ərzində əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı gözlənilir. Ayrı-ayrı cənub rayonlarında qısamüddətli az yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 6-11, gündüz 18-23, bəzi yerlərdə 25, dağlarda gecə 3-8, gündüz 11-16, bəzi yerlərdə 19 dərəcəyədək isti olacağı gözlənilir.
Aprel ayının 05-dən 08-dək Abşeron yarımadasında komfort hava şəraiti meteohəssas insanlar üçün əlverişlidir.

O.M.