Bu il Həccə 1400 nəfər gedə biləcək

Bu il Həccə 1400 nəfər gedə biləcək

4 Aprel 2013 15:27
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanlı zəvvarlar üçün Həcc ziyarətinə sənədlərin qəbulu başa çatmaq üzrədir və bu ayın sonuna qədər yekunlaşması gözlənilir. Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) verilən məlumata görə, artıq sənəd verənlərin sayı 1250 nəfəri keçib. Bu il üçün nəzərdə tutulan kvota da artıq məlumdur - 1400 nəfər.
Qeyd edək ki, Həcc ziyarətini Azərbaycanda ancaq QMİ təşkil edir. Ziyarətçilər üçün nisbətən şəraiti zəif və gündə iki dəfə yemək verilən hotellərdə qalanlar üçün ümumi ziyarət xərci 3250 manat, daha yaxşı şəraitli və yeməkləri daha çeşidli olan otellərdə qalmaq istəyənlər üçün ümumi xərc isə 4100 manatdan ibarətdir. Həcc ziyarətinə səfərlər ancaq təyyarə ilə baş tutacaq/ Suriyada baş verən hadisələrlə əlaqədar bu il zəvvarlar üçün avtobuslarla səfər edə bilməyəcəklər.
Ziyarətə getmək istəyən vətəndaşlardan tələb olunan sənədlər 4 ədəd 3x4 şəkil, şəxsiyyət vəsiqəsinin surəti, xarici pasport və sağlamlıq haqqında arayışdan ibarətdir. Həcc ziyarəti ilə bağlı sənədlərin qəbulu fevralın 1-dən başlayıb və sənədlər QMİ-də qəbul olunur.

O.M.