Mağazanın tavanı sahibinin üstünə uçdu

Mağazanın tavanı sahibinin üstünə uçdu

4 Aprel 2013 10:15
Bəyəndim (0) Bəyənmədim (0)

Cəlilabadda bədbəxt hadisə baş verib. Rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə aprelin 3-də günorta saatlarında şəhərdəki "İran bazarı" adlanan ticarət mərkəzində qeydə alınıb. Cəlilabad rayonunun Ocaqlı kənd sakini, 1961-ci il təvəllüdlü Gülsüm Zeynalovaya məxsus mağazada təmir işləri aparılarkən obyektin tavanı qəfildən yerə çöküb. Nəticədə mağaza sahibi G.Zeynalova və orada usta işləyən Cəlilabad rayon sakini, 1971-ci il təvəllüdlü İbrahim Əliyev dağıntılar altında qalıblar. Hadisə yerində olanların səyləri ilə onların hər ikisi dağıntıların altından çıxarılsa da, 52 yaşlı Gülsüm Zeynalovanın həyatını xilas etmək mümkün olmayıb. O, aldığı zərbələrdən hadisə yerindəcə dünyasını dəyişib. Usta İbrahim Əliyev isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Müalicə-Diaqnostika Mərkəzinə yerləşdirilib. Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda araşdırma aparılır.

O.M.