TQDK növbəti sınaq imtahanlarına başlayır
Bu gündən Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən növbəti sınaq imtahanına yazılış başlayıb. TQDK-nın mətbuat xidmətindən verilən xəbərə görə, yazılışda iştirak edəcək abituriyentlər aprelin 21-də keçiriləcək sınaq imtahanında iştirak etmək imkanı əldə edəcək. Aprelin 21-də keçiriləcək sınaq və 28-də keçiriləcək təkrar sınaq imtahanı iştirakçılarına yeni (2 nömrəli) test kitabçası təqdim olunacaq. Qeyd edək ki, TQDK aprelin 7-də abituriyentlərin qəbul imtahanlarına səmərəli hazırlaşmalarına kömək məqsədilə respublikanın 28 şəhər və rayonunda sınaq imtahanları keçirəcək. Aprelin 14-də isə təkrar sınaq imtahanı olacaq. Bu imtahanlara yazılış artıq başa çatıb. Ümumilikdə 46 binada keçiriləcək imtahanda respublika üzrə 34464 abituriyentin iştirakı nəzərdə tutulub.
O.M.












































.jpg)
.jpg)
.jpg)






























.jpg)
.jpg)
.jpg)












.jpg)