Masallıda avtokranla “VAZ-2107” toqquşdu: yaralılar var

Masallıda avtokranla “VAZ-2107” toqquşdu: yaralılar var

4 Aprel 2013 09:14
790
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanın Masallı rayonunda üç nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib. Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) istintaq və təhqiqat şöbəsinin müstəntiqi Elmar Hacıyevin verdiyi məlumata görə, hadisə martın 3-də günorta saatlarında Ələt-Astara magistralının 163-cü kilometrliyində - Masallı şəhərinin Seybətin dairəsindən keçən hissəsində qeydə alınıb. Kəlbəcər rayon sakini, 1984-cü il təvəllüdlü Elmir Şakir oğlu Qurbanovun idarə etdiyi Nəqliyyat Nazirliyinə məxsus ağır tonnajlı avtokran Masallı rayon sakini, 1961-ci il təvəllüdlü Mövsüm Məhəmməd oğlu Cəfərovun idarə etdiyi "VAZ-2107" markalı minik avtomobillə ilə toqquşub. Güclü zərbənin təsirindən "VAZ-2107"-nin sürücüsü ilə sərnişinləri – Masallının Xırmandalı kənd sakinləri, 1957-ci il təvəllüdlü Kamal Qasımov və onun oğlu, 1986-cı il təvəllüdlü Ramal Qasımov müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı DİN BDYPİ-nin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.

O.M.