Aeroport yolu düzəldilir

Aeroport yolu düzəldilir

3 Aprel 2013 13:19
Bəyəndim (0) Bəyənmədim (0)

Zığ dairəsi-Beynəlxalq hava limanı avtomobil yolunda əyri xətli tirlərin (metal təhlükəsizlik səddi) vurulmasına başlanılıb. Yolda quraşdırılan əyri xətli tirlər digərlərindən dözümlüyü və təhlükəsizliyi ilə fərqlənir. Ümumi uzunluğu 20 kilometr olan avtomobil yolu 6 zolaqdan ibarətdir. Bundan öncə yolları beton sədd ayırırdı. Lakin sürücülərin nəqliyyat vasitələrini ehtiyatsız idarəetməsi nəticəsində bu beton səddi bir çox yerlərdə yararsız hala düşmüşdür. Nəticədə, beton səddini əyri xətli tirlərə əvəz olunması qərara alınmış və beton sədləri sökülüb. Artıq yolun 3 kilometr hissəsinə asfalt-beton örtüyü döşənib. Bu işlər bir neçə ay davam edəcəkdir. İşlər başa çatdıqdan sonra avtomobil yolunda müasir tipli işıqlandırma sistemi də quraşdırılacaq.

O.M.