Sabah temperatur 25 dərəcəyə qədər qalxacaq

Sabah temperatur 25 dərəcəyə qədər qalxacaq

3 Aprel 2013 13:09
Bəyəndim (0) Bəyənmədim (0)
Dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosununn direktor müavini Gülşad Məmmədovanın verdiyi məlumata görə, səhər və axşam bəzi yerlərdə duman olacaq. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 6-10, gündüz 14-19, bəzi yerlərdə 21 dərəcə isti təşkil edəcək. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman, ayrı-ayrı cənub rayonlarında çiskin olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-10, gündüz 16-21, bəzi yerlərdə 25 dərəcə, dağlarda gecə 0-5 dərəcə, gündüz 10-15, bəzi yerlərdə 18 dərəcə isti təşkil edəcək.

O.M.