Qızıl mədənində maşın aşdı, sürücü öldü

Qızıl mədənində maşın aşdı, sürücü öldü

3 Aprel 2013 12:17
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Beynəlxalq Mədən Əməliyyatı Şirkətinə məxsus yük avtomobili qəzaya düşüb. Bu barədə Gədəbəy Rayon Prokurorluğundan məlumat verilib. Hadisə bu gün Gədəbəydəki qızıl mədənində baş verib. HOVA markalı, 90 RL dövlət nömrə nişanlı yük avtomobilinin aşması nəticəsində avtomobilin sürücüsü, Gədəbəy rayon Söyüdlü kənd sakini, 1982-ci il təvəllüdlü Ayaz İslam oğlu Abdullayev ölüb. Faktla bağlı araşdırma aparılır.

O.M.