10-cu sinif şagirdi 8-ci mərtəbədən yıxıldı

10-cu sinif şagirdi 8-ci mərtəbədən yıxıldı

3 Aprel 2013 09:42
Bəyəndim (0) Bəyənmədim (0)

Dünən saat 13:15 radələrində Bakının Xətai rayonunda 17 yaşlı qız yaşadığı binadan yıxılıb. Xətai rayon Polis İdarəsinin 35-ci polis bölməsindən verilən məlumata görə, Şıxlınski küçəsi 17 ünvanında yaşayan 1996-cı il təvəllüdlü Fidan İsfəndiyar qızı Əlirzayeva 8-ci mərtəbədən düşüb. Gənc qız xəsarət alaraq xəstəxanaya yerləşdirilib. F.Əlirzayevanın pəncərələrin şüşələrini silərkən ehtiyatsızlıqdan yıxıldığı bildirilir. Möcüzə nəticəsində sağ qalan qız 263 saylı məktəbin 10-cu sinif şagirdidir.

O.M.