Bakıda “Mercedes”lə “Subaru” toqquşub

Bakıda “Mercedes”lə “Subaru” toqquşub

3 Aprel 2013 09:41
Bəyəndim (0) Bəyənmədim (0)

Gecə Bakının nərimanov Rayonu Heydər Əliyev pospektində iki avtomaşının toqquşması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Qəza zamanı eyni isqamətdə hərəkət edən Erkin Zeynalovun idarə etdiyi "Subaru" markalı nəqliyyat vasitəsi ilə Mirhəsən Səfərova məxsus "Mercedes" markalı avtomaşın toqquşub. Qəzadan sonra "Mercedes"in süpücüsü Mirhəsən Səfərov xəsarət alıb. Sürücüyə ilk tibbi yardım hadisə yerinə çağırılmış təcili tibbi yardım maşınında göstərilib.
Qəza nəticəsində "Mercedes"in qabaq, digər nəqliyyat vasitəsinin isə arxa hissəsi əzilib. İlkin versiyaya görə, yol nəqliyyat hadisəsi sürücü Mirhəsən Səfərovun ani diqqətsizliyi ucbatından qeydə alınıb. Yol nəqliyyat hadisənin dəqiq səbəbləri isə Nərimanov rayon polis idarəsində aparılacaq araşdırmalardan sonra məlum olacaq.

O.M.