Azərbaycan Dillər Universitetində qanvermə aksiyası keçirilib

Azərbaycan Dillər Universitetində qanvermə aksiyası keçirilib

4 May 2011 16:00
Bəyəndim (0) Bəyənmədim (0)


Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan Qızıl Aypara Cəmiyyətinin və universitetin mülki müdafiə kafedrasının təşkilatçılığı ilə qanvermə aksiyası keçirilib.


Universitetin mətbuat xidmətindən verilən məlumata görə, ADU-nun müəllim və tələbələrinin fəal iştirak etdikləri aksiya zamanı yığılacaq qan ehtiyatı Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Hematologiya İnstitutunun Mərkəzi Qan Bankına təqdim ediləcək.


Aksiyada iştirak edən tələbələr xəstə, həmçinin ehtiyacı olan insanlara yardım məqsədi ilə həyata keçirilən belə bir aksiyanın iştirakçısı olduqlarından məmnun qaldıqlarını bildiriblər. Aksiyada tədarük olunan qan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.


Qan vermək qan tökməkdən daha faydalıdır...

Elvin Babayev

O.M.