Sabah 20 dərəcə isti olacaq

Sabah 20 dərəcə isti olacaq

2 Aprel 2013 13:55
Bəyəndim (0) Bəyənmədim (0)
Günəş üzümüzə güləcək

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədovanın verdiyi məlumata görə, səhər və axşam bəzi yerlərdə duman olacaq, mülayim cənub küləyi əsəcək. Havanın temperatur gecə 5-10, gündüz 13-18, bəzi yerlərdə 20 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman və çiskin olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-10, gündüz 15-20, bəzi yerlərdə 24 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə, gündüz 9-14, bəzi yerlərdə 17 dərəcə isti təşkil edəcək.

O.M.