Kəlbəcərin işğalının 20-ci ildönümü ilə bağlı Şəhidlər Xiyabanı ziyarət olunub

Kəlbəcərin işğalının 20-ci ildönümü ilə bağlı Şəhidlər Xiyabanı ziyarət olunub

2 Aprel 2013 12:25
Bəyəndim (0) Bəyənmədim (0)

"İşğaldan 20 il keçməsinə baxmayaraq Kəlbəcər və bizim ermənilər tərəfindən işğal edilmiş digər yaşayış məntəqələrimizin heç biri unudulmayıb. Kəlbəcərin müdafiəsində iştirak edən yüzlərlə döyüşçümüzü də xatırlayırıq". Bunu "Dağlıq Qarabağın Azərbaycanlı İcması" İctimai Birliyinin sədri Bayram Səfərov deyib.
Birlik sədri qeyd edib ki, Azərbaycan dövlətinin apardığı ardıcıl siyasət nəticəsində, ordumuzun döyüş bacarığı ilə Kəlbəcər və digər torpaqlar işğaldan azad ediləcək: "Ermənilər münaqişənin həllində maraqlı deyillər. Onlar dünyanı aldadırlar və yalan danışmaqda davam edirlər. Biz heç bir zaman torpaqlarımızı ermənilərə güzəştə getməyəcəyik. Bunu ermənilər çox gözəl bilir". Qeyd edək ki, Kəlbəcər rayonunun erməni silahlı qüvvələri tərəfindən işğalının 20-ci ildönümü ilə bağlı bu gün Kəlbəcər rayon ictimaiyyətinin, Qarabağ Azadlıq Təşkilatının və "Dağlıq Qarabağın Azərbaycanlı İcması" İctimai Birliyinin nümayəndələri Şəhidlər xiyabanını ziyarət ediblər.

O.M.