Azərbaycanda yeni növ iki balıq aşkar edildi

Azərbaycanda yeni növ iki balıq aşkar edildi

2 Aprel 2013 12:15
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan faunası üçün yeni olan iki növ balıq aşkar edilib. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) mətbuat xidmətindən bildirilib. Yeni balıq növləri AMEA Zoologiya İnstitutunun İxtiologiya laboratoriyasının böyük elmi işçisi Namiq Mustafayevin 2008-2012-ci illərdə daxili su hövzələrində apardığı araşdırmalar nəticəsində aşkar olunub. Bu balıqlar çəkikimilər (Cyprinidae) fəsiləsinə aid Amur enlibaşı (Pseudorasbora parva) və kilqarındır (Hemiculter leucisculus).

O.M.