24 yaşlı oğlan gecəyarısı özünü asdı

24 yaşlı oğlan gecəyarısı özünü asdı

2 Aprel 2013 11:53
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Bakı şəhərinin Qaradağ rayonu ərazisində intihar hadisəsi baş verib. Rayon Polis İdarəsindən verilən məlumata görə, rayonun Şanqar qəsəbəsində nömrəsiz evlərdən birində yaşayan 1989-cu il təvəllüdlü Hüseynov Alim İslam oğlu özünü asıb. 24 yaşlı oğlan saat 03.00 radələrində evin eyvanına gələrək, orada özünü asıb. Ailə üzvləri səs eşidərək bayıra çıxıblar və A.Hüseynovun intihar etdiyini görüblər. Fakt üzrə araşdırmalara başlanılıb.

O.M.