Abituriyentlərin nəzərinə

Abituriyentlərin nəzərinə

4 May 2011 15:59
Bəyəndim (0) Bəyənmədim (0)


Universitetlərə qəbul imtahanı iyun ayında keçiriləcək. Bu haqda məlumatı jurnalistlərə açıqlamasında təhsil naziri Misir Mərdanov verib. Nazir deyib ki, builki buraxılış imtahanlarının ötən ildəkindən yüksək səviyyədə keçiriləcəyinə inanır. M. Mərdanov növbəti illərdə azərbaycanlı gənclərin dövlət xətti ilə Türkiyənin ali məktəblərinə qəbul qaydalarının dəqiqləşdirildiyini və bununla bağlı ölkələr arasında yenidən qarşılıqlı razılaşma əldə edildiyini də bildirib.


O, "Hər il Azərbaycan tərəfi prioritet hesab etdiyi ixtisasları Türkiyə tərəfinə elan edəcək. Türkiyə hökuməti ilə bağladığımız sazişə əsasən istədiyimiz ixtisaslar üzrə Azərbaycana yer ayrılacaq. Bu yerlərə əvvəlki kimi müsabiqə keçiriləcək və tələbələr qəbul olunacaqlar", - deyib.

Orta məktəb dərsliklərin hər il yeniləndiyini deyən nazir bu yöndə işlərin bundan sonra da davam etdiriləcəyini açıqlayıb.


Təhsil cəmiyyətin sabahıdır. Yaxşı təhsil isə işıqlı sabahıdır.

Elvin Babayev

O.M.