Mikrorayonda kütləvi dava

Mikrorayonda kütləvi dava

2 Aprel 2013 11:08
Bəyəndim (0) Bəyənmədim (0)

Bakının Binəqədi rayonu ərazisində kütləvi dava olub. Rayon Polis İdarəsindən verilən məlumata görə, dava dünən saat 19 radələrində 9-cu mikrorayon, Mir Cəlal küçəsi 34 saylı binanın qarşısında baş verib. Laçın sakini, 23 yaşlı Təbriz Allahverdiyev, Ağdam sakini, 46 yaşlı Yaqub Həsənov və Bakı sakini Pərviz İmanov arasında düşən davada iki nəfərin qanı axıdılıb. Y.Həsənov və Pərviz İmanov bir-birinə bıçaq zərbələri endiriblər. Hər ikisi ağır xəsarət alaraq xəstəxanaya yerləşdirlib.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

O.M.