Toya hazırlaşan bəy dəm qazından boğuldu

Toya hazırlaşan bəy dəm qazından boğuldu

2 Aprel 2013 11:04
Bəyəndim (0) Bəyənmədim (0)
Dəm qazının növbəti qurbanı 25 yaşlı gənc oldu

Lənkəranda dəm qazından boğulma hadisəsi baş verib. Lənkəran Rayon Prokurorluğundan verilən məlumata görə, hadisə ötən axşam qeydə alınıb. Lənkəran şəhər sakini, 25 yaşlı Ruslan Sərraf oğlu Hüseynov halsız vəziyyətdə yaxınları tərəfindən evin hamam otağında aşkarlanıb. Təcili olaraq Lənkəran Regional Müalicə Diaqnostika Mərkəzinə çatdırılan R.Hüseynovu xilas etmək mümkün olmayıb. Meyitin xarici müayinəsi zamanı onun üzərində hər hansı zorakılıq əlamətləri aşkarlanmayıb. 25 yaşlı gəncin ölümünün dəqiq səbəbləri isə meyitin daxili müayinəsinin nəticələrindən sonra bəlli olacaq. Hər iki valideynini itirmiş Ruslanın bu yaxınlarda toyu olacaqmış.
Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.

O.M.