Xaçmazda maşın 11 yaşlı uşağın üstündən keçdi

Xaçmazda maşın 11 yaşlı uşağın üstündən keçdi

2 Aprel 2013 10:02
Bəyəndim (0) Bəyənmədim (0)

Aprelin 1-i axşam saatlarında Xaçmaz şəhərində piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Xaçmaz rayonu, Qobuqırağı kənd sakini, 23 yaşlı Saleh Niftəliyevin idarə etdiyi 10 GC 093 dövlət nömrə nişanlı, "Niva" markalı avtomobil yolu keçmək istəyən piyada, rayonun Köhnə Xaçmaz kənd sakini, 11 yaşlı Rəsul Həbibovu vurub. Dərhal Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən R. Həbibovun vəziyyətinin orta ağır olduğu bildirilir. Faktla bağlı araşdırmalar aparılır.

O.M.