Atasına sovqat gətirən oğul partlayışdan sağ çıxmadı

Atasına sovqat gətirən oğul partlayışdan sağ çıxmadı

1 Aprel 2013 13:29
Bəyəndim (0) Bəyənmədim (0)

Martın 31-də saat 04.00 radələrində Bakı şəhərinin Suraxanı rayonu ərazisində ölümlə nəticələnən partlayış hadisəsi baş verib. Oxumeni.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Hövsan qəsəbəsi Quşçuluq sovxozunun ərazisindəki "Azəryolservis" ASC-yə məxsus "Səma" firması tərəfindən icarəyə götürülmüş oksigen doldurma emalatxanasında qaz sızmasından partlayış baş verib. Nəticədə nəzarətçi otağının pəncərə şüşələri sınıb, oranın nəzarətçisi Hüseyn Hüseynovun yanına sovqat gətirmiş oğlu Rauf hadisə yerində ölüb.

O.M.