Gözətçinin meyiti tapıldı

Gözətçinin meyiti tapıldı

1 Aprel 2013 11:50
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Bakıda daş sexindən meyit tapılıb. Suraxanı rayon Polis İdarəsindən verilən məlumata görə, Suraxanı-Qaraçuxur yolunun kənarında, "Əfsun" şadlıq evinin yaxınlığındakı daş sexində oranın gözətçisinin meyiti tapılıb. Sex əməkdaşları səhər işə gələndə Valeh adlı gözətçinin meyitini aşkarlayıblar. Meyit ekspertizaya göndərilib. 40-45 yaşlı kişinin hansı səbəbdən və hansı şəraitdə öldüyü hələlik bilinmir. Faktla əlaqədar araşdırmalar aparılır.

O.M.