Sumqayıtda iki maşın toqquşdu, biri aşdı

Sumqayıtda iki maşın toqquşdu, biri aşdı

1 Aprel 2013 11:44
Bəyəndim (0) Bəyənmədim (0)

Sumqayıt şəhərində ağır yol qəzası baş verib. Qəza ötən gün 21:30-da şəhərin girəcəyində qeydə alınıb. "VAZ 2107" markalı avtomobil "Hyundai" markalı avtomobillə çırpılıb. Yüksək sürətlə hərəkət edən "Jiquli" qəza törədəndən sonra çevrilərək aşıb. Hadisə nəticəsində tamamilə yararsız vəziyyətə düşən avtomobillərdə olan 3 nəfər ağır bədən xəsarətləri alıblar. Ətrafdakıların köməyi ilə maşının "VAZ 2107"nin sürücüsü və digər avtomobildə olan iki zərərçəkmiş qadın xəstəxanaya çatdırılıb.
Ümumilikdə isə hadisə nəticəsində 5 nəfər xəsarət alıb. Qəzanın səbəbləri araşdırılır.

O.M.