Milli ordunun əsgəri yoldaşını güllələdi

Milli ordunun əsgəri yoldaşını güllələdi

1 Aprel 2013 11:25
Bəyəndim (0) Bəyənmədim (0)
Ehtiyatsızlıqdan atəş açılıb

Martın 30-da Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində bədbəxt hadisə baş verib. Goranboy rayonunda, cəbhə xəttində yerləşən hərbi hissədə əsgər Samir Əliyev silahı təmizləyərkən ehtiyatsızlıqdan atəş açılıb. Nəticədə əsgər Toğrul Abdullazadə güllə yarası alıb. O, hərbi hospitala yerləşdirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, mayor Teymur Abdullayev faktı təsdiqləyib. Faktla əlaqədar araşdırma aparılır.

O.M.