Bakıdakı dəniz limanında krandan yıxılan işçi öldü

Bakıdakı dəniz limanında krandan yıxılan işçi öldü

1 Aprel 2013 09:58
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı şəhərinin Xətai rayonu ərazisində ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Rayon Polis İdarəsindən verilən məlumata görə, Xəzər Dəniz Gəmiçiliyinin Zığ qəsəbəsində yerləşən quru yük daşıma limanının 3 saylı körpüsündə orada işləyən Məcidov Həmid Dilsuz oğlu yıxılıb. Kranda təmir işləri apararkən çilingər H.Məcidov yüksəklikdən yıxılıb. Ağır xəsarətlər aparan işçi xəstəxanada dünyasını dəyişib. Faktla əlaqədar araşdırmalar aparılır.

O.M.