Ramil Usubovun "Facebook"da profili yoxdur!

Ramil Usubovun "Facebook"da profili yoxdur!

1 Aprel 2013 09:48
Bəyəndim (0) Bəyənmədim (0)

DİN: "Ramil Usubovun adına saxta profil açılıb"
Daxili işlər naziri Ramil Uusbovun adına daha bir saxta profilin açılması barədə rəsmi məlumat yayılıb. Oxumeni.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, məlumatda bildirilir ki, son vaxtlar sosial şəbəkələrdən birində Azərbaycan Respublikasının daxili işlər naziri Ramil Usubovun adına daha bir profil açılıb:
"Daxili İşlər Nazirliyi həmin profilin saxta olduğunu və Ramil Usubova heç bir aidiyyatı olmadığını bildirir. Xatırladırıq ki, bir müddət əvvəl də cənab nazirin adından "Facebook" sosial şəbəkəsində iki saxta profil yaradılmış və həmin profillərdə müxtəlif məzmunlu məlumatlar yerləşdirilmişdi. Sonradan onları yaradanlar müəyyən edilərək barələrində müvafiq tədbir görülüb. Qeyd etməyi vacib bilirik ki, yeni yaradılan profil də saxtadır və daxili işlər nazirinə heç bir aidiyyatı yoxdur. Nazirə birbaşa müraciət olunması üçün rəsmi elektron əlaqə vasitəsinin Daxili İşlər Nazirliyinin internet saytı (mia.gov.az və ya din.gov.az) olduğunu bir daha diqqətə çatdırırıq".

O.M.