Müdafiə Nazirliyi: "Cəbhə gərginləşib!"

Müdafiə Nazirliyi: "Cəbhə gərginləşib!"

1 Aprel 2013 09:36
494
Bəyəndim (0) Bəyənmədim (0)

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber və Noyemberyan rayonunun Şavarşavan kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı və Fərəhli kəndləri yaxınlığında yerləşən mövqelərimizi atəşə tutub.
Füzuli rayonunun işğal olunmuş Aşağı Əbdülrəhmalı, Qaraxanbəyli və Aşağı Seyidəhmədli, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında, Göygöl və Gədəbəy rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

O.M.