Ermənilər Gürcüstanda 100-ə yaxın yeni şirkət açıb

Ermənilər Gürcüstanda 100-ə yaxın yeni şirkət açıb

4 May 2011 15:11
Bəyəndim (0) Bəyənmədim (0)

Son vaxtlar er­mə­ni iş adam­la­rı­nın Gür­cüs­ta­na axı­nı baş­la­yıb. Sə­bəb isə Er­mə­nis­tan­da biz­nes fə­aliy­yə­ti üçün şə­ra­itin ol­ma­ma­ğı­dır. Məhz bu üz­dən er­mə­ni biz­nes­men­lər Gür­cüs­ta­na ka­pi­tal ya­tır­maq qə­ra­rı­na gə­lib­lər.


Gür­cüs­tan KİV-lə­rin­dən ya­yı­lan bil­gi­lə­rə gö­rə, er­mə­ni biz­nes­men­lər son bir il­də Gür­cüs­tan­da 100-dən ar­tıq şir­kət açıb­lar. Er­mə­ni iş adam­la­rı həm­çi­nin bu öl­kə­də er­mə­ni­lə­rin ya­şa­dıq­la­rı böl­gə­lə­rə də in­ves­ti­si­ya ya­tı­rır, im­kan­sız və az­tə­mi­nat­lı er­mə­ni­lə­rə ianə­lər ve­rir, mad­di və so­si­al yar­dım edir­lər.


Bu şir­kət­lər Gür­cüs­tan Er­mə­ni­lə­ri Konqre­si­nin fə­aliy­yə­ti­ni də dəs­tək­lə­yir­lər. Konqre­sin fə­aliy­yə­ti məhz er­mə­ni iş adam­la­rı­nın ma­liy­yə dəs­tə­yi ilə Gür­cüs­tan KİV-də, özəl­lik­lə də "Re­gi­on TV" ka­na­lın­da işıq­lan­dı­rı­lır. Mə­sə­lən, bu gün­lər­də er­mə­ni konqre­si­nin "Sum­qa­yıt ha­di­sə­lə­ri" ilə bağ­lı anım təd­bi­ri adı­çə­ki­lən ka­nal­da ge­niş işıq­lan­dı­rı­lıb.


Ermənilər unutsalar da, Gürcülər unuda bilməzlər ki, 1918-ci ildə Ermənistan Gürcüstanın üzərinə hücuma keçərək, Şərqi Borçalını işğal edib...

Tofiq Əliyev

O.M.