Rusiyada meşə yanğınları 900 hektardan çox ərazini əhatəsinə alıb

Rusiyada meşə yanğınları 900 hektardan çox ərazini əhatəsinə alıb

4 May 2011 15:01
Bəyəndim (0) Bəyənmədim (0)

Məlumatlara görə, ölkə ərazisində 70-dək yanğın ocağı qeydə alınıb. Alov 900 hektardan çox ərazini əhatə edib. Meşə yanğınlarının əksəriyyətinin meydana gəlməsi insan amili ilə əlaqədardır. Zabaykalye diyarı və Sibir bölgəsinin digər regionlarında xüsusilə çətin vəziyyət yaranıb. Altay və Krasnoyarsk diyarlarında, Novosibirsk vilayətində və Buryatiya, Xakasiya, Tuva respublikalarında da meşə yanğınları səngimək bilmir. Uzaq Şərq regionunda da meşə yanğınları tüğyan edir. Burada fövqəladə hallar nazirliyinin mütəxəssisləri də daxil olmaqla, yüzlərlə adam və onlarla xüsusi texnika yanğınların söndürülməsinə cəlb olunub. Sibir bölgəsində 400-dək adam alovun söndürülməsində iştirak edir. Yaşayış məntəqələri üçün təhlükənin olmadığı bildirilir.

Tofiq Əliyev

O.M.