Qəza nəticəsində 10 nəfər yaralanıb

Qəza nəticəsində 10 nəfər yaralanıb

4 May 2011 14:13
Bəyəndim (0) Bəyənmədim (0)


Dünən axşam radələrində Sumqayıt şəhərində qəza baş verib. Qəza nəticəsində xoşbəxtlikdən həyatını itirən olmayıb, 10 nəfər yaralanıb.


Sumqayıt şəhəri ərazisində şəhər sakinləri Şükür İslamovun idarə etdiyi "VAZ-2107" markalı və Qurban Abışovun idarə etdiyi "Kia Sportage" markalı avtomaşınlar toqquşub.


Qəza nəticəsində Ş. İslamovun xəsarət almış sərnişinləri - oğlu Ələsgər, həmyerliləri Hikmət Fərəcov, onun qardaşı Zahid, Ələkbər Ələsgərov, habelə "Kia Sportage" markalı avtomaşının sürücüsü Q. Abışov və sərnişinləri Samir İbrahimov, Vaqif Cəfərov, Tural Məmmədov və Elvin Qurbanzadə ağır xəsarət alıblar.


Sumqayıt şəhər xəstəxanasından verilən məlumata görə, yaralıların vəziyyəti orta ağırdır. Qəzanın kimin səhvi ucbatından baş verdiyi məlum deyil. Hadisə ilə bağlı Sumqayıt şəhər prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam edir.


Qəza adamın üstünə qəflətən gəlir. Ondan uzaq durmaq üçün ehtiyatın arxasında gizlənmək lazımdır...

Elvin Babayev

O.M.