Orta məktəblərə müəllim təyinatında dəyişikliklər olacaq

Orta məktəblərə müəllim təyinatında dəyişikliklər olacaq

4 May 2011 14:11
Bəyəndim (0) Bəyənmədim (0)


"Bu il Azərbaycanda orta məktəblərə müəllimlər təyinatla göndərilməyəcək" Bunu jurnalistlərə açıqlamasında təhsil naziri Misir Mərdanov bildirib. Nazirin sözlərinə görə, Azərbaycan Təhsil Nazirliyi (TN) bu il həmin sahədə yeniliklər edəcək. M. Mərdanov deyib ki, bütün vakant müəllim yerləri barədə Azərbaycan cəmiyyətinə və ali məktəb məzunlarına məlumat veriləcək. Onlar elektron ərizə verməklə nazirliyin keçirdiyi imtahanlarda iştirak edəcəklər. Müvafiq bal toplayanlar məktəblərə göndəriləcək. Hazırda Azərbaycanın orta məktəblərində işləyən müəllimlərin sayının kifayət qədər olduğunu deyən nazir vurğulayıb ki, əsas məqsəd orta məktəblərdə yalnız bilikli məzunların işə qəbulunu təmin etməkdir.


Həyat başdan-ayağa imtahandır. Cavabları isə çox sonralar bəlli olacaq...

Tofiq Əliyev

O.M.