Bağdadda terror aktı törədilib

Bağdadda terror aktı törədilib

4 May 2011 13:36
Bəyəndim (0) Bəyənmədim (0)


Partlayış şəhər bazarının yaxınlığında törədilib. Şiələrin toplu şəkildə yaşadığı rayonda terror aktı avtomobilə yerləşdirilmiş qurğunun işə salınması ilə həyata keçirilib. Bağdadın cənubunda baş verən bu terror aktı nəticəsində 16 nəfər ölüb, 40-a yaxın insan ağır yaralanıb. Terror qurbanlarının əksəriyyəti futbol matçını izləmək üçün kafeyə toplaşan şiə gənclər olub. Qeyd edək ki, Usama Ben Ladenin öldürülməsi xəbəri yayıldıqdan sonra İraqda təhlükəsizlik qüvvələri mümkün terror aktlarına qarşı bir nömrəli hazırlıq vəziyyətinə gətiriliblər.


Deyəsən, Ben Ladenin ölüsü də terror törədir...

Tofiq Əliyev

O.M.