Bakıda daha 7 yeraltı piyada keçidi tikiləcək

Bakıda daha 7 yeraltı piyada keçidi tikiləcək

4 May 2011 12:49
Bəyəndim (0) Bəyənmədim (0)

Bu xəbəri Nəqliyyat naziri Ziya Məmmədov müsahibə verərkən bildirib. Nazirin sözlərinə görə, yeni keçidlər Mikayıl Hüseynov küçəsi ilə Şövkət Ələkbərova küçəsinin kəsişməsində, "Azneft" meydanında, Neftçilər prospekti 81 ünvanında, Neftçilər prospektinin Bülbül prospekti ilə kəsişməsində, Azadlıq meydanı və Dəniz Vağzalının qarşısında, Niyazi küçəsi ilə Adil İsgəndərov küçəsinin kəsişməsində, eləcə də Parlament prospektində - Şəhidlər Xiyabanının qarşısında tikiləcək. Hazırda keçidlərin layihələndirilməsi və tikintisinə başlanılıb.


Yerin altı daha təhlükəsiz yerdir...

Tofiq Əliyev

O.M.