ATƏT konkret mövqe nümayiş etdirməlidir

ATƏT konkret mövqe nümayiş etdirməlidir

4 May 2011 12:30
Bəyəndim (0) Bəyənmədim (0)


İyun ayında Serbiyanın paytaxtı Belqrad şəhərində ATƏT Parlament Assambleyasının yay sessiyası keçiriləcək. Bu barədə Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin üzvü, millət vəkili Azay Quliyev məlumat verib.


A. Quliyev bildirib ki, deputatlarımız tərəfindən ATƏT-in fakt araşdırıcı missiyasının hesabatına münasibət bildiriləcək. Eləcə də, sessiyada erməni hərbçiləri tərəfindən azyaşlı uşağın qətlə yetirilməsi məsələsi qaldırılacaq.


O, "ATƏT Ermənistanın işğalçılıq siyasəti ilə bağlı ciddi qərarlar qəbul etməlidir. Əks halda, işğalçı dövlət sülhə getmək üçün addımlar atmayacaq. Heç kəsə sirr deyil ki, Ermənistan danışıqlar prosesindən münaqişənin həllini uzatmaq üçün istifadə edir. Amma bu danışıqlar sonsuz ola bilməz. Ona görə də, ATƏT və onun Minsk qrupu konkret mövqe nümayiş etdirməlidir", - deyib.


ATƏT və onun Minsk qrupunun mövqeyi 20 ildir bəllidir...

Elvin Babayev

O.M.