Ben Ladenin vəsiyyəti açıqlandı

Ben Ladenin vəsiyyəti açıqlandı

4 May 2011 12:11
Bəyəndim (0) Bəyənmədim (0)
"Arvadlarım ərə getməsin, övladlarımdansa üzr istəyirəm"

ABŞ tərəfindən 1 güllə ilə öldürülən Əl-Qaidə lideri Usama Ben Ladenin vəsiyyəti ortaya çıxdı. 4 səhifəlik vəsiyyətdə lider bunları qeyd edib: "Hər zaman başım Əl-Qaidəyə qarışdığı üçün uşaqlarıma vaxt ayıra bilməmişəm. Buna görə onlardan üzr istəyirəm. Onlara tək məsləhətim odur ki, mənim yolumu seçməsinlər. Bu işlərdən uzaq dursunlar. Həyat yoldaşlarımın həyatında tək kişi olmaq istəyirəm. Ona görə də onların yenidən evlənmələrinə izn vermirəm! Və sonda intiqamımın alınmasını istəyirəm!" Təxminlərə görə, eks lider bu vəsiyyətini 11 sentyabr hadisələrindən 3 ay sonra qələmə alıb. Bənzər bir sənəd 2002-ci ildə ərəbcə nəşr olunan "Suudi" jurnalında dərc olunmuşdu. Daha sonra bu sənədin saxta olduğu üzə çıxmışdı.


Ben Ladenin sağ ola biləcəyini nəzərə alsaq, onun oğlanlarına etdiyi "vəsiyyətin" mahiyyətini anlaya bilərik

Günel Həbib

O.M.