Kanadanın neft  borularının birində qəza baş verib

Kanadanın neft borularının birində qəza baş verib

4 May 2011 12:17
Bəyəndim (0) Bəyənmədim (0)


Kanadanın neft hasil edən ərazilərindən olan Alberta əyalətində neft borularının birində son 18 ilin ən böyük neft axıntısı qeydə alınıb. Qəzanın hansı səbəbdən baş verdiyi məlum deyil.


"Plains All American Pipeline" kampaniyasına məxsus olan borudan "Pis - River" çayına 28 min barrel neft axıb. Hazırda qəza yerində 100 nəfərə yaxın mütəxəssis baş vermiş neft sızmasının qarşısını almaq, eləcə də çirklənmiş ərazini təmizləmək üçün fəaliyyət göstərir.



Qeyd edək ki, sözügedən əyalətdə ən böyük neft sızması 1975 - ci ildə alınmış və o zaman 40 min barrel neft borudan kənara axaraq, ətraf ərazilərin ciddi şəkildə çirklənməsinə səbəb olmuşdur.