Balakəndə yük maşını aşıb, 15 nəfər xəsarət alıb

Balakəndə yük maşını aşıb, 15 nəfər xəsarət alıb

4 May 2011 11:45
Bəyəndim (0) Bəyənmədim (0)

Ağır yol qəzası bu gün saat 10.30 radələrində rayonun "Beş Bulaq" adlanan ərazisində qeydə alınıb. Balakən Aviasiya Mərkəzində keçirilən paraşüt yarışlarına gedən Zaqatala sürücülük məktəbinin dinləyicilərinin olduğu "Ural" markalı yük maşını aşıb. Nəticədə 15 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Onlardan 5 -nin vəziyyəti ağırdır. Hazırda qəzanın baş vermə səbəbləri və yaralıların adları dəqiqləşdirilir.

Tofiq Əliyev.

O.M.