Buzlar əriyir...

Buzlar əriyir...

4 May 2011 11:18
Bəyəndim (0) Bəyənmədim (0)
Şimaldan qorxuducu xəbər

Norveçin paytaxtı Osloda olan Arktika (Şimal Qütbü) İzləmə-Qiymətləndirmə proqramı Mərkəzi (AMAP) iqlim dəyişikliyinə görə Qrenlandiya buzlarının sürətlə əriməsi xəbərdarlığını verdi. Şərhdə 2100-cü ilə qədər bütün dünya dənizlərinin səviyyəsinin 90 sm-lə 1,6 metrə qədər yüksələcəyi bildirilib. Dənizlərin yüksəlməsi səbəbiylə Londondan Şanqaya, Banqladeşdən Floridaya - bir çox sahil sahəsi təhdid altında qalacaq. Bundan başqa, Yaponiyada sunami divarlarının inşaasının xərcləri də artacaq. Mərkəz 2010 da daxil - geridə qoyduğumuz 6 ilin şimal qütbündə indiyə qədər görülən ən isti dövr olduğunu da qeyd edib.

Su aydınlıqdır... Ancaq belə bir vəziyyətdə bu nə qədər doğrudur, bilmirik. Seçimi sizim ixtiyarınıza buraxıb, məlumatımızı burada yekunlaşdırırıq.

Günel Həbib